Qaxda ana-uşaq ölümü ilə bağlı cinayət işi açıldı

qaxda-ana-usaq-olumu-ile-bagli-cinayet-isi-acildi
Oxunma sayı: 1161


Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya vrilən məlumata görə, həmin faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq) maddəsi ilə cinayət içi başlanıb. İş üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilib, o cümlədən müvafiq ekspertizalar təyin edilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Qax rayonu Almalı kənd sakini, 1978-ci il təvəllüdlü Qızbəs Həsənqulu qızı Ağayeva bu gün doğuşdan sonra Qax Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Q.Ağayeva yanvarın 9-dan 10-a keçən gecə hamiləlik sancıları ilə xəstəxanaya daxil olub. Bu gün səhər saat 9.00 radələrində ana təbii yolla doğuş keçirib və uşaq ölü doğulub. Doğuşdan bir saat sonra isə ana dünyasını dəyişib.