Qaxda at arabasından yıxılan 68 yaşlı kişi ölüb.
"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Əmbərcay kəndində baş verib. Kənd sakini 1954-cü il təvəllüdlü Əhmədov Neymət Sadıx oğlu sahədə iş görüb kəndə qayıdanda ehtiyatsızlıqdan at arabasından yıxılıb. Neymət Əhmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Qax rayon prokurorlugunda araşdırma aparılır.
Mübariz Muradov
Son xəbərlər
Son Xəbərlər