Qaxda avtomobillər toqquşdu, 7 nəfər yaralandı - Fotolar

qaxda-avtomobiller-toqqusdu-7-nefer-yaralandi
Oxunma sayı: 1871

Qaxda iki minik avtomobili toqquşub, biri azyaşlı olmaqla 7 nəfər xəsarət alıb.

"Qafqazinfo" nun məlumatına görə hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun, Qax rayonuun  Qarabaldır kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticədə biri azyaşlı olmaqla ümumilikdə 7 nəfər xəsarət alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan biri, körpə uşaq müayinə edilmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Digər yaralıların  müayinəsi Qax RMX-da aparılır  və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov