Qaxda bəy toy günü 25 yaşlı oğlanı bıçaqladı

qaxda-bey-toy-gunu-25-yasli-oglani-bicaqladi
Oxunma sayı: 3477

Qaxda bəy toy günü adam bıçaqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonda yerləşən şadlıq evində qeydə alınıb.

Hadisə mübahisə əsnasında baş verib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, 25 yaşlı Yamən Şıxəmirlinin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.

Y.Şıxəmirliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Gədəbəy rayon sakini, 2002-ci il təvəllüdlü Ariz Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov