Qaxda üçotaqlı ev yanıb.
“Qafqazinfo”nun məlumatına görə, yanğın hadisəsi axşam saatlarında rayonun Qaxbaş kəndində baş verib.
Belə ki, rayonun Qaxbaş kənd sakini, 1959-cu il təvəllüdlü Tamazaşvili Sosiko Restikoviçə məxsus ümumi sahəsi 112 kvadrat metr olan kürsülü, birmərtəbəli, üçotaqlı evin yanar konstruksiyaları və ev içərisindəki əşyalarla birlikdə tamamilə yanıb.
Hadisə yerinə Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki maşını və şəxsi heyəti cəlb olunub. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Mübariz Muradov


Son xəbərlər
Son Xəbərlər