Qaxda fermada yanğın olub - Fotolar

qaxda-fermada-yangin-olub
Oxunma sayı: 1080

Qaxda keçmiş məcburi köçkünlərin yaşadığı fermada yanğın olub.

“Qafqazinfo”nun məlumatına görə, yanğın hadisəsi rayonun Cəlayir kəndində, Qovra adlanan ərazidə köhnə fermada baş verib.

Əslən Laçın rayonundan olan keçmiş məcburi köçkün, 1955-ci il təvəllüdlü İlyasov Fazil İbrahim oğlu və onun iki oğlu öz ailəsi ilə yaşadığı 886 kvadrat metrlik fermanın (bir hissəsində məcburi köçkünlər məskunlaşıb, digər hissəsi qeyri-yaşayış) yaşayış sahəsi kimi istifadə olunan hissəsinin yanar konstruksiyaları və içərisindəki ev əşyaları 12 kvadrat metr sahədə, digər hissəsinin dam örtüyü 144 kvadrat metr sahədə yanıb.

Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşın və şəxsi heyəti cəlb edilib və fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Mübariz Muradov