Qaxda iki nəfəri it dişlədi

qaxda-iki-neferi-it-disledi
Oxunma sayı: 1398

Qaxda iki nəfəri it dişləyib.

"Qafqazinfo" nun məlumatına görə, bu gün axşam saatlarında rayonun Turaclı kənd sakini - 2013-cü il təvəllüdlü Bəşirzadə Turqut Yasin oğlu və rayonun Süskənd kənd sakini 1961-ci il təvəllüdlü Müslümova Xuraman Məmməd qızı it dişləməsi xəsarətlərilə Qax rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

Xəstəxanada hər iki şəxsə yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulub və ambulator müayinə üçün evə buraxılıblar.

Mübariz Muradov