Qaxda itkin düşən şəxsin axtarışları davam edir - Video

qaxda-itkin-dusen-sexsin-axtarislari-davam-edir
Oxunma sayı: 2068

Qax rayonunda dağlıq-meşəlik ərazidə itkin düşən vətəndaşın axtarışları davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, Sarıbaş kəndi istiqamətində dağlıq-meşəlik ərazidə İlisu kənd sakini, 1993-cü il təvəllüdlü Kamallı Rəhman Sədrəddin oğlunun itkin düşməsi ilə əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub.

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Həmçinin oxuyun: Сватья Зейнаб Ханларовой будет принудительно доставлена в суд