Qaxda maşın aşdı, yaralılar var

qaxda-masin-asdi-yaralilar-var
Oxunma sayı: 1025

Qaxda minik avtomobili aşıb, iki nəfər xəsarət alıb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə səhər radələrində Qax-İlisu avtomibil yolunda baş verib. 

Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.

Hadisə zamanı avtomobildə olan iki sərnişin, rayonun İlisu kənd sakini 1998-ci il təvəllüdlü Tural Şəfi oğlu Rəşidov və Ənbərçay kənd sakini, 1993-cü il təvəllüdlü Rövşən Tacəddin oğlu Əhmədli aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Yaralıların vəziyyətinin orta-stabil olduğu və müayinələrin aparıldığı bildirilir.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

Mübariz Muradov