Qaxda maşın bir neçə dirəyə çırpıldı - Yaralılar var+Fotolar

qaxda-masin-bir-nece-direye-cirpildi
Oxunma sayı: 1300

Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə axşam saatlarında rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, Zaur Alakulaşvili idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə, maşın bir neçə işıq dirəyinə  çırpılıb və yararsız hala düşüb.

Hadisə nəticəsində sürücü Z. Alakulaşvili və onun sərnişini Mirzayev Vedxo Çingiz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onların hər ikisinin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov