Qaxda maşın dərəyə aşdı

qaxda-masin-dereye-asdi
Oxunma sayı: 2208

Qaxda avtomobil dərəyə aşıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə axşam saatlarında Qax-İlisu avtomobil yolunun rayonun İlisu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qax rayon sakini 26 yaşlı Rafiq Süleyman oğlu Məmmədovun idarə etdiyi 10-TT-413 dövlət qeydiyyat nişanlı "VAZ 2106" markalı avtomobil idarəetmədən çıxaraq Kürmük çayının sol sahilinə, təqribən 20 metr dərinliyə yuvarlanıb.

Deformasiyaya uğramış avtomobildən çıxarılan R.Məmmədov Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralıya alın nahiyyəsinin kəsilmiş və cırılmış yaraları diaqnozu qoyulub, vəziyyəti orta-stabildir.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Məmmədov