Qaxda meşə massivindəki yanğın söndürülüb

qaxda-mese-massivindeki-yangin-sondurulub
Oxunma sayı: 958

Qaxın Suskənd kəndi ərazisindəki meşə massivində yanğın baş verib.

"Qafqzinfo" FHN-ə istinadən xəbər verir ki, Dərhal Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Yanğın söndürülüb. Hadisə nəticəsində meşə zolağında 0.5 ha sahədə kol-kos, ağaclar və qurumuş ağacların kötükləri yanıb.

Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.