Qaxda minik avtomobili yandı - Fotolar

qaxda-minik-avtomobili-yandi
Oxunma sayı: 1204

Qaxda minik avtomobili yanıb.

"Qafqazinfo"nun məlumatına görə yanğın hadisəsi axşam saatlarında rayonun Əlibəyli kəndində baş verib. 

Belə ki kənd sakini1986-cı il təvəllüdlü Suxaşvili Mamia Nodaroviçə məxsus minik avtomobilində yanğın baş verib.

Yanğın yerinə Qax Yanğından Mühafizə hissəsindən iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Yanğın zamanı minik avtomobilinin mühərrik hissəsi və salonu tamamilə yanıb, qalan hissəsi yanğından mühafizə olunub.

Yanğınla bağlı araşdırma aparılır.

Mübariz Muradov