Qaxda partlayışda yaralanan qadın öldü

qaxda-partlayisda-yaralanan-qadin-oldu
Oxunma sayı: 2377

Qaxda qaz sızması nəticəsində baş verən partlayışda ağır yanıq xəsarətləri alan qadın ölüb.

"Qafqazinfo"nun məlumatına görə, rayonun Qıpçaq kənd sakini 1956-cı il təvəllüdlü Narıngül İlham qızı Osmanova Bakı xəstəxanalarının birinə aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, N.Osmanova ötən gün səhər yaşadığı evdə qaz sobasını yandırmaq istəyib və bu zaman partlayış olub. Hadisə nəticəsində qadının əri, 1937-ci il təvəllüdlü Hacı Məhəmməd oğlu Osmanov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Mübariz Muradov