Qaxda qadın keçmiş əri tərəfindən döyülüb

qaxda-qadin-kecmis-eri-terefinden-doyulub
Oxunma sayı: 1538

Qaxda qadın keçmiş əri tərəfindən döyülüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Qaxbaş kəndində baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Zümrüd Abdulla qızı Qarcıyeva bədənin yumşaq toxumalarının əziyi xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı 34 yaşlı qadının keçmiş əri Nüsrət Şirinov tərəfindən döyüldüyü  məlum olub. 

Zümrüd Qarcıyevaya xəstəxanada ilkin yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov