Qaxda qaraj yandı

qaxda-qaraj-yandi
Oxunma sayı: 771


“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Qax ingiloy kəndində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 70 kv.m olan qarajın çardağının yanar konstruksiyaları 35 kv.m sahədə və çardağına yığılmış 1 ton ot bağlaması yanıb. 

Qaraj yanğından mühafizə olunub. Yanğın saat 15:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.