Qaxda qəza oldu, xəsarət alanlar var - Fotolar

Qaxda qəza oldu, xəsarət alanlar var
Oxunma sayı: 1451

Qaxda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə axşam saatlarında Qorağan-Qax avtomobil yolunda qeydə alınıb.  Yük və minik avtomobilinin toqquşması nəticəsində yük maşını aşıb və minik avtomobilinin sürücüsü daxil olmaqla, 3 nəfər Qax rayon sakini - 1993-cü il təvəllüdlü Rahib Məmmədnur oğlu Manafov, 1994-cü il təvəllüdlü Yunus Miraləm oğlu Şəkiliyev və Şəki rayon sakini 1992-ci il təvəllüdlü İlham Vaqif oğlu Əhmədov xəsarət alıb.

Mübariz Muradov

 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi