Qaxda seminar keçirildi -

qaxda-seminar-kecirildi-
Oxunma sayı: 718


“Qafqazinfo” xəbər verir ki, bu fikri “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin (QLUİB) sədri Ülkər Abdullayeva Qax rayonunda Azərbaycan Respublikasının  Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "İşıqlı gələcək üçün oxu: Qız uşaqlarının təhsildən erkən ayrılmasının qarşısının alınmasına dair maarifləndirmə kampaniyasının və ictimai müzakirələrin təşkili" layihəsi çərçivəsində "Qızlar təhsilə davam" mövzusunda keçirilən ictimai debatlardan birindəki çıxışında səsləndirib. Apardıqları araşdırmaların tükürpədən faktları ortaya çıxardığını vurğulayan Ü.Abdullayeva deyib: "Əslində bizi bu layihəni reallaşdırmağa vadar edən səbəb Bakının Hökməli kəndində qarşılaşdığımız bir ailə dramı idi. Bu kəndə məcburi köçkün olaraq yerləşən ailə kəndin ənənələrinə uyğun olaraq 4 qızını məktəbdən yarımçıq çıxarmışdı. Və o qızlar müvafiq olaraq 13-16 yaşlarında ərə verilmişdi. Ailənin bir qızı 16 yaşında artıq ərdən boşanmış xanım idi. Anası ağlayaraq deyirdi ki, yaşıdları hələ orta məktəbdə oxuyur, amma mənim qızım artıq ərdən boşanmış qadındır. Biz bu hadisədən yola çıxdıq. Qarşılaşdığımız faktlar inanılmazdı. Müsəlman Şərqində çadraya ilk yox deyən, ilk seçki hüququ əldə edən Azərbaycan qadını 21-ci əsrdə Konstitusiya ilə təsbit edilmiş məcburi təhsil hüququndan öz doğmalarının cahilliyi səbəbindən məhrum edilirdi. Bu problemin həllində maarifləndirmə ilə qanunların işləməsinin vəhdətinin böyük rol oynaya biləcəyinə inandıq”. 

Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb. Məktəb direktoru Şamama Abbasova qeyd edib ki, Qax rayonunda təhsildən yayınan uşaqlarla bağlı ciddi ictimai qınaq var.

Müəllim Gözəl Hüseynova isə deyib ki, "bizim ölkədə təhsilli qadınların yükü çox ağırdır. Onlar həm ixtisasları üzrə işləyir, həm də ailə qayğılarını çəkməli olurlar”. 

Debatların sonunda iştirakçıların layihə ilə bağlı sualları cavablandırılıb, problemin həllinə dair təklifləri qeydə alınıb. Tədbir iştirakçıları layihə çərçivəsində keçiriləcək flaşmoba qatılmaq istədiklərini bildiriblər.       

“Qafqazinfo”