Qaxda torpaq sürüşməsi - Yol bağlandı+Fotolar

qaxda-torpaq-surusmesi
Oxunma sayı: 2095

Qaxda dağlıq ərazidə torpaq sürüşməsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Ləkit kəndində, “Mamırlı” şəlalə ərazisində olub.

Belə ki, Ləkit kəndindən 800 metr aralıda yerləşən dağdan gələn torpaq qatı Ləkit çayına tökülüb və şəlaləyə gedən yolu bağlayıb.

Nəticədə çaya tökülən torpaq çayda balaca göl yaradıb.

Mübariz Muradov