Qax rayonu, Qaxbaş kəndindəki dağlıq sahədə, turist marşrutunun üstündə olan ərazi aidiyyəti cavabdeh qurumların işçiləri tərəfindən ətrafa atılan tullantılardan təmizlənib.
“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.
“Gələcəkdə belə hallara yol verilməməsi və ərazinin nəzarətdə saxlanılması məqsədilə Qaxbaş bələdiyyəsinə məcburi göstəriş verilib”, - o əlavə edib.




Son xəbərlər
Son Xəbərlər