Qaxda və Astarada qəza

qaxda-ve-astarada-qeza
Oxunma sayı: 1051


“Qafqazinfo”nun DİN-in saytına istinadən verdiyi xəbərə görə,  avqustun 13-də saat 01 radələrində Qax rayonu Almalı kəndinin ərazisində kənd sakini Aydın Yusifovun idarə etdiyi “İvaqo” və Dəymədağlı kənd sakini Tural Salahovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. T.Salahov hadisə yerində ölüb.

Qax RPŞ tərəfindən araşdırma aparılır.

****

Daha bir qəza isə astarada baş verib. Avqustun 12-də saat 18 radələrində Astara rayonu Ərçivan qəsəbəsinin ərazisində qəsəbə sakini Şıxəli Əfsəlovun idarə etdiyi “VAZ-21099” və Şüvi kənd sakini Vaqif Sadıqovun idarə etdiyi “Geely” markalı avtomobillər toqquşub. Ş.Əfsəlov hadisə yerində ölüb.

Astara RPŞ tərəfindən araşdırma aparılır.