Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kənd ərazisindən keçən hissəsində mikroavtobus yanıb.
“Qafqazinfo”nun məlumatına görə, yanğın Qax sakini 1985-ci il təvəllüdlü Tağıyev Xalid Xalis oğluna məxsus “Vito” markalı mikroavtobusda baş verib.
Hadisə yerinə Qax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.
Yanğın zamanı mikroavtobus tamamilə yanaraq yararsız hala düşüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Mübariz Muradov

Son xəbərlər
Son Xəbərlər