Qaxda yol-nəqliyyat hadisəsi olub.
“Qafqazinfo”nun məlumatına görə hadisə Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Qax rayonunun Zəyəm kəndi ərazisindən kecən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan “Vaz 2107” və “Vaz 21015” markalı iki minik avtomobili toqquşub.
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan iki nəfər Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Qaxda avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub.
Hadisə zamanı Qax rayon sakini Eldəniz Allahverdi oğlu Paşayev və Ağdaş rayon sakini 1994-cü il təvəllüdlü Ruslan Natiq oğlu Ələsgərov xəsarət alıblar.
Mübariz Muradov