Qaydaları pozan nişan təşkilatçısı cərimələndi - Foto

qaydalari-pozan-nisan-teskilatcisi-cerimelendi
Oxunma sayı: 1670

Ağstafa rayonunun Dağ Kəsəmən kəndində nişan mərasimində karantin qaydaları pozulub.

Bu barədə “Qafqazinfo”ya DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, nişan mərasimində karantin qaydalarına zidd olaraq artıq sayda qonaq iştirak edib və tibbi maska istifadə edilməyib.

Mərasimin təşkilatçısı barədə inzibati protokol tərtib edilib.