Qaydaları pozanlara qarşı cəzalar sərtləşə bilər

qaydalari-pozanlara-qarsi-cezalar-sertlese-biler
Oxunma sayı: 3787

“Düşünürəm ki, biz Operativ Qərargahla məsləhətləşərək İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər edək”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Musa Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında karantinlə bağlı qaydaları pozanlar haqda danışarkən deyib. O qeyd edib ki, bu gün koronavirusdan ölən hər bir şəxsin ölümündə bizim də məsuliyyətimiz var: “Hər birimiz izolyasiya tədbirlərinə ciddi şəkildə əməl etməliyik”. 

Spiker Sahibə Qafarova əlavə edib ki, bu barədə deputatlara, partiya qruplarına mesaj yazıb.

Günel Türksoy