2016-cı ildə “Titanik” gəmisinin qalıqlarını görmək üçün “OceanGate Expeditions” şirkətinə 20.000 dollar depozit ödəyən turistlər heç bir səfərdə iştirak edə bilməyib.
"Qafqazinfo" CNN-ə istinadən xəbər verir ki, buna görə də onlar şirkətin baş direktoru Stockton Ruşu məhkəməyə veriblər.
Onların sözlərinə görə, şirkət müxtəlif səbəblərdən səyahəti başqa tarixə təyin etsə də, səfər yenə baş tutmayıb. Hətta sonuncu səfər də onların iştirakı üçün keçərli olmayıb. Buna görə cütlük şirkətdən pulun geri qaytarılmasını tələb edib.
Onlar məhkəmədən ödədikləri pulların geri qaytarılmasını, həmçinin dəymiş ziyan üçün təzminat ödənilməsini tələb ediblər.
Məhkəmə prosesi məlum hadisəyə görə hələlik təxirə salınıb.
Qeyd edək ki, Atlantik okeanında turistləri “Titanik” gəmisinin qəzaya uğradığı yerə aparan sualtı qayıq itib. Qayıqda 5 nəfərin olduğu bildirilib. Onlar içərisində “OceanGate Expeditions” şirkətinin baş direktoru Stockton Ruş da var.
Son xəbərlər
Son Xəbərlər