Qayın əvvəlcə gəlini, sonra qonşunu bıçaqladı

qayin-evvelce-gelini-sonra-qonsunu-bicaqladi
Oxunma sayı: 1729

Gəncədə 2 nəfər bıçaqlanıb. 

“Qafqazinfo”nun verdiyi məlumata görə, şəhər sakini 1958-ci il təvəllüdlü Əliyev Eldar Firudin oğlu və onun qonşusu olan 1991-ci il təvəllüdlü Hüseynova Elvira Elman qızı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 

Məlumata görə, E. Hüseynovanın qaynı əvvəlcə onu, sonra isə qonşuluqda olan E. Əliyevi bıçaqlayıb. 

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli