Qayın kürəkənini və onun qardaşını bıçaqladı

qayin-kurekenini-ve-onun-qardasini-bicaqladi
Oxunma sayı: 677

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonumda qeydə alınıb.

Belə ki, Balaxanı qəsəbəsində ailə-məişət zəmnində dava düşüb. Nəticədə 34 yaşlı Əlixanov Bəhrəm Eldar oğlu bədəninin müxtəlif nahiyyəsindən və onun qardaşı 40 yaşlı Əlixanov Surət Eldar oğlu ürək nahiyəsindən bıçaqlanıb.

Hər iki yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətləri ağırdır.

Hadisəni törədən şəxs Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, S.Əlixanovun qaynıdır.