Şirvan Şəhər Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, qayınata gəlinini və özünü öldürüb. Belə ki, Kişiyev Araz Babayar oğlu gəlini Balakişiyeva Sevinc Məmməd qızını bıçaqlayaraq öldürüb. Sonra isə özünün şah damarını kəsərək intihar edib.
Hazırda rayon prokurorluq əməkdaşları hadisə yerindədir.
***
“Qafqazinfo”nun verdiyi xəbərə görə, gəlin Balakişiyeva Sevinc Məmməd qızı Xocavənd rayonunda anadan olub.
Bir neçə ay öncə Araz Kişiyevin oğlu Bakıda qızla evlənib rayona gətirib. Ailəsi isə bununla razı olmayıb. Bu müddət ərzində evdə daim mübahisələr olub. Oğlunun Sevinc Balakişiyeva ilə evlənməsinə razı olmayan ata sonda gəlinin boğaz nahiyəsindən kəsib. Sonra isə özü intihar edib.
Sevinc Balakişiyevanın rəsmi nikahı olub. Beş-altı ay öncə evlənib, uşağı yoxdur.
***
Şirvan Şəhər Prokurorluğundan "Qafqazinfo"ya verilən məlumata görə, hadisə ilə bağlı gəlinin yoldaşı saxlanılıb. Hazırda o, Şirvan şəhər Polis İdarəsində dindirilir.
***
"Qafqazinfo"nun Şirvan şəhər Polis İdarəsindən əldə etdiyi məlumata görə, Kişiyev Elmir həyat yoldaşından 12 yaş kiçikdir. O, 1988-ci il, mərhum xanımı isə 1976-cı il olub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər