Qayınatası Eceyə hirsləndi- - "Dilini kəssin, evində otursun"

qayinatasi-eceye-hirslendi-
Oxunma sayı: 2729


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, son deyilənləri yalan hesab edən ata gəlininin oğluna böhtan atdığını deyib: “Bu evlilik olmaz demişdim, indi də oğluma böhtan atır. Ece ilə də danışmışdım. Mənə qulaq asmadılar. Oğlum da özünü öldürürdü ki, nə olur olsun, evlənəcəyik. Övladdır dedim, susdum. Başda dediklərimin hamısı oldu. İndi oğluma şər atır, zorakılıq deyə bir şey olmayıb. Bütün Türkiyə bizi də, onu da yaxşı tanıyır. Ayrılırlar deyə qaralamaq lazım deyil. Böhtanlarına da heç kim inanmır. Mənim istədiyim, Ece dilini kəssin, bir az evində otursun. Belə ittihamlarla bizi bezdirməsin. Nəvəmizi isə sevirik, anası ilə yaşaması normaldır. Onun üçün nə lazımdırsa edərik”.

Aparıcının həyat yoldaşı Serkan Uçar da bu ittihamlar qarşısında susacağını bildirib: “Mən iş adamıyam. Övladım var və onun gələcəyini düşünməliyəm. Böyüdüyü zaman internetdə belə xoşagəlməz yazıları oxumasını istəmirəm. Aliləm də məndən susmağımı tələb edir. İcazə verilən zaman körpəmi görəcəm, başqa heç nə”.

Günel Hacı