Qayınatası yeznəsinə verilən cəzadan narazıdır - 10 ildən çox olmalıydı

Qayınatası yeznəsinə verilən cəzadan narazıdır
Oxunma sayı: 1320

Qayınatasını beşbarmaqla vurmaqda ittiham edilən dünya çempionu Ehram Məcidovun hökmü ilə bağlı zərərçəkmiş tərəf şikayətçidir.

Zərərçəkmiş Bəhruz Dilbazi “Qafqazinfo”ya açıqlamasında bildirib ki‚ məhkəmə tam ədalətsiz hökm çıxarıb: “Həqiqəti işıqlandırmaq lazımdır. Bizim sözlərimizin arxasında faktlar dayanır. Yaxın vaxtlarda baş verən hadisə və ona adekvat olmayan hökmlə bağlı mətbuat konfransı keçirəcəyik”.

Onun vəkili Ceyhun Yusifov bildirib ki‚ Ehram Məcidov zərərçəkmiş Bəhruz Dilbazinin səhhətinə sağalmaz zərbə vurub: “Məhkəmə nümunəvi olmayan hökm çıxarıb. Buna baxmayaraq hüququn imkan verdiyi üsul və vasitələrdən istifadə edib ona layiqli cəza verilməsi üçün sona qədər mübarizəmi aparacağam. Onun cəzası 10 ildən yuxarı olmalı idi. Bu dəqiqədən etibarən apellyasiya şikayətinə başlamışıq. Ehram Məcidova verilən cəza‚ daha dəqiq desək cəzasızlıq əmələ uyğun deyil”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi