Qayınatasını öldürüb qaçan şəxs tutuldu

qayinatasini-oldurub-qacan-sexs-tutuldu
Oxunma sayı: 1802

Bakıda qayınatasını öldürüb qaçan şəxs tutulub.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Suraxanı Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, bu gün saat 22 radələrində Suraxanı rayonu ərazisində 1978-ci il təvəllüdlü Qabil Qənbərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin kürəkəni, 1987-ci il təvəllüdlü Taleh Heydərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə bıçaqla çoxsaylı xəsarətlər yetirib Qabil Qənbərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Taleh Heydərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.