“Qafqazinfo”nun islam.az-a istinadən məlumatına görə, qadın yalnız özünə məhrəm olan kişilərin yanında hicabsız gəzə bilər. Məhrəm o şəxslərdir ki, qadın heç zaman onlara ərə gedə bilməz. Hətta ərindən boşansa və ya əri vəfat etsə belə, qadın məhrəm kişilərə ərə gedə bilməz.
Məsələn, qayınata məhrəm sayılır. Əgər qadının əri ölsə (boşansa) belə, onun atası qadına məhrəmdir və ona ərə gedə bilməz. Amma ərin qardaşı belə deyil. Qadın öz ərindən boşandıqan sonra onun qardaşına ərə gedə bilər. Beləliklə, qayın naməhrəm sayılır və onun yanında hicaba riayət etmək vacibdir.
Son xəbərlər
Son Xəbərlər