Venesuelanın 28 vətəndaşı qayığın qəzaya uğraması nəticəsində itkin düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Univision” kanalı məlumat yayıb.
Məlumata əsasən, insident qayığın Niderland Kyurasao adasına gedən zaman baş verib. Hadisə zamanı qayıqda 34 nəfər olub. Onlardan 4-nün cəsədi aşkar edilib, daha 2-si isə üzərək sahilə çıxa bilib. 28 nəfər isə itkin düşmüş hesab olunur.
İlkin ehtimala görə, qayıq ərzaq vasitələri daşıyırmış.
Son xəbərlər
Son Xəbərlər