Qayıqçı Kürdə batan iki nəfəri xilas etdi

qayiqci-kurde-batan-iki-neferi-xilas-etdi
Oxunma sayı: 1232

Kürdə batan 2 nəfəri qayıqçı xilas edib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Kür çayının Mingəçevirdən keçən hissəsində baş verib. Orta yaşlı qadın naməlum səbəbdən çaya düşüb batmaq üzrə olarkən 16 -17 yaşlı gənc oğlan çaya atılaraq onu xilas etməyə çalışıb. Amma özü də eyni təhlükə ilə üzləşib.

Hadisəni görən 27 yaşlı qayıçı Rüstəm Ellazov mühərrikli qayığı ilə onların köməyinə yetişib və son anda batmaq üzrə olan hər iki şəxsi xilas edib.

Elmar Əli