Qayıqdan Kür çayına düşən şəxs xilas olundu

qayiqdan-kur-cayina-dusen-sexs-xilas-olundu
Oxunma sayı: 807

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri, Kür çayında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 7 km aralıda, nəzarətsiz ərazidə) 1 nəfərin qayıqdan suya yıxılaraq düşməsi barədə məlumat daxil olub.

Qafqazinfo”nun FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı xilas edərək, aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 12:15-də başa çatıb.