Sumqayıtda qaynaqçı iş başında aldığı xəsarətdən ölüb.
Şəhər prokurorluğundan "Qafqazinfo"ya bildirilib ki, mayın 4-də metaləritmə zavodunda qaynaqçı işləyən 1990-cı il təvəllüdlü Sərxan Hümmətovun iş yerində xəsarət alması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə quruma məlumat daxil olub.
Müəyyən edilib ki, S.Hümmətov zavodda qaynaq işləri görərəkən propan qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və çatdırıldığı xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər