Bakı Ağır Cinayətlər Məhkəməsində qaynını öldürməkdə təqsirləndirilən Seymur Abıyevə hökm oxunub. "Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə S.Abıyev 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Bilgəh qəsəbə sakini Nəzakət Bayramova Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə müraciət edərək oğlu Amin Bayramovun itkin düşməsini - bir gün əvvəl yaşadığı evdən xəbərsiz çıxaraq geri qayıtmadığını bildirib.
Amin Bayramovun həmin gün Binə qəsəbəsində yaşayan qohumu Seymur Abıyevin evinə getdiyi və məhz bu müəmmalı gedişdən sonra sonuncu şəxs barəsində hər hansı məlumatın olmadığı müəyyən edilib.
A.Bayramovun ötən ilin avqustun 12-də Binə qəsəbəsində aralarında yaranmış münaqişə zəminində S.Abıyev tərəfindən küt alətlə qətlə yetirilərək həyətdə basdırıldığı müəyyən edilib.
S. Abıyev məhkəmədə deyib ki, A.Bayramov ona olan borcuna qarşılıq həyat yoldaşını təklif edib: “Arvadımdan xoşun gəlir?" deyə soruşdu, əsəbiləşdim, beynim çöndü, yerdən dəmir götürüb bir neçə dəfə vurdum, elə ordaca öldü. Sonra da həyətdə yer qazıb basdırdım".
Mərhum A. Bayramovun həyat yoldaşı məhkəmədə ifadə verərək S. Abıyevin yalan danışdığını deyib: "İki ay əvvəl Seymur mənə zəng etdi, məndən xoşu gəldiyini, yaxın münasibətdə olmaq istədiyini dedi. Bir neçə dəfə mənə zəng etmişdi, Aminə demədim ki, dava edərlər. Bircə anama demişdim".
İstintaq zamanı da S. Abıyevin A.Bayramovun həyat yoldaşına zəng etdiyi aşkar olunub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər