Qaynını öldürüb azadlığa çıxan mayorun məhkəməsi keçirildi

qaynini-oldurub-azadliga-cixan-mayorun-mehkemesi-kecirildi
Oxunma sayı: 637

2009-cu ildə qaynını öldürən polis mayoru Tural Qafarovun vaxtından əvvəl azadlığa buraxılmasından prokurorluğun verdiyi protest üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, qaynı, polis çavuşu Zaur Əliyevi bıçaqlayaraq öldürən T.Qafarov 2010-cu ildə 12 il müddətinə azadlıqdan məhrum edilib.

2017-ci ildə T.Qafarov vaxtından əvvəl azadlığa buraxılması üçün Qaradağ rayon məhkəməsinə müraciət edib. Məhkəmənin 13 aprel tarixli qərarı ilə mayor azadlığa buraxılıb. Dövlət ittihamçısı qərardan protest verib və T.Qafarovun həbsə qaytarılmasını tələb edib.

Prokurorun protesti icraata götürülüb və bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baxış iclası keçirilib.

Qeyd edək ki, Səbail Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru, 1979-cu il təvəllüdlü Tural Kamil oğlu Qafarov yaşadığı mənzildə ailə münaqişəsi zəminində keçmiş həyat yoldaşı Nərgiz Əliyevanın qardaşı Zaur Əliyevi bıçaqla qətlə yetirib. Qətlə yetirilən Z.Əliyev polis çavuşu olub. Tural Qafarov məhkəmədə çıxış edərkən baş verən hadisədə keçmiş həyat yoldaşını günahlandırıb.

O, qaynı ilə aralarında yaranmış mübahisənin səbəbkarı kimi keçmiş həyat yoldaşını göstərib: "Nərgizə həmişə deyirdim ki, axırda qan çıxaracaqsan. Bəsdir, məndən əl çək. Axırda qardaşı öldü, mən də həbsə düşdüm".

Əməlindən peşman olduğunu söyləyən T.Qafarov mərhumu xəstəxanaya aparsalar da həyatını xilas edə bilmədiklərini deyib.

Murad Əhməd