“QAYO” şirkəti TÜİB (Türkiyə-Azərbaycan İş Adamları və İstehsalçılarının İctimai Birliyi) üzvü olaraq, “Qardaş Köməyi” platformasına qoşulub, Türkiyənin yaşadığı bu ağır günlərdə onlara dəstək verir.
“Qafqazinfo” xəbər verir ki, “QAYO” şirkəti təbii fəlakət nəticəsində zərər çəkən 10 milyondan çox insanın tələbatının bir qisminin qarşılanması üçün qida, yataq, yorğan, yastıq, kişi, qadın və uşaqlar üçün isti geyimlər, bundan başqa generatorlar, qızdırıcılar və çadırlarla dolu humanitar yardımdan ibarət iki TIR yük maşınını fevralın 18-də zəlzələdən zərər çəkən Adıyaman şəhərinə yola salıb.
Humanitar yardım Adıyaman şəhərində yerləşən Adıyaman gənclik mərkəzinə təhvil veriləcək.
“Qardaş Türkiyədə həyatını itirənlərə Allahdan rəhmət, qalanlara isə sağlıq arzulayırıq”, - “QAYO” şirkətinin açıqlamasında deyilir.
Son xəbərlər
Son Xəbərlər