Gədəbəydə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə şəhərdə olan mal bazarın yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan “QAZ 24” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər