Dekabrın 11-də Tərtər Regional rayonu Evoğlu kəndi ərazisində yerləşən qaz boruları oğurlanıb.
“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Ümumi uzunluğu 60 metr olan qaz borularını Evoğlu kənd sakini Hüseyn İsmayılovun oğurladığı müəyyən edilib. H. İsmayılovun həyatyanı sahəsinə baxış keçirilən zaman torpağa basdırdığı qaz boruları tapılaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər