Qaz borusuna çırpılan “Hyundai” alovlandı

qaz-borusuna-cirpilan-hyundai-alovlandi
Oxunma sayı: 1265

Bakı şəhərinin Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, “Hyundai” markalı minik avtomobili yol kənarındakı qaz borusuna çırpılıb. 

Nəticədə avtomobilin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.