Qaz hasilatı azaldılıb- - SOCAR

qaz-hasilati-azaldilib-
Oxunma sayı: 1300


“Qafqazinfo” SOCAR-a istinadən xəbər verir ki, ARDNŞ 2014-cü ildə 7,22 milyard kubmetr, 2013-ci ildə isə 7,31 milyard kubmetr qaz hasil edib.

Şirkətin məlumatına görə, Azərbaycanda yanvar-mart aylarında ümumilikdə təqribən 7,41 milyard kubmetr qaz hasil olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən (7,7 milyard kubmetr) 3,4 faiz azdır.

Ümumilikdə 2014-cü ildə Azərbaycanda 29,62 milyard kubmetr qaz hasil edilib. 2013-ci ildə bu göstərici 30,78 milyard kubmetr olub.