Qaz kəmərində təmir - İki rayonda fasilələr olacaq

qaz-kemerinde-temir
Oxunma sayı: 2354

Aprelin 22-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin “Borsunlu”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Tərtər” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Qafqazinfo" SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində Goranboy rayonunun Borsunlu, Qazanbulaq və Nadirkənd kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Tərtər şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.