Qaz olmayacaq- - Xəbərdarlıq

qaz-olmayacaq-
Oxunma sayı: 845


“Qafqazinfo”nun məlumatına görə,  sabah saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Yeni Türkan-1”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Ərəbqədim”, Ağdaş magistral qaz kəmərləri sahəsinin Ağdaş və Ucar, Ağdam magistral qaz kəmərləri sahəsinin Ağcabədi, Quzanlı və Qaradəmirçi, Astara magistral qaz kəmərləri sahəsinin Əngəvul, Yardımlı və Göytəpə qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq. 

Təmir müddətində Qobustan rayonunun Ərəbqədim, Cəlilabad rayonunun Göytəpə və Kazımabad, həmçinin Ağdam rayonunun Quzanlı kənd və qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. 

Aparılan işlərin Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsinin, eyni zamanda Ucar, Ağdaş və Ağcabədi rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür. 

“Qafqazinfo”