Qaz olmayacaq

qaz-olmayacaq
Oxunma sayı: 2880

Aprelin 12-də saat 10-dan 18-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Mərdəkan bağları” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

“Qafqazinfo” SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir işlərinin Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsinin bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür.