Qaz pulu yükləməkdə fasilələr

qaz-pulu-yuklemekde-fasileler-
Oxunma sayı: 1514


“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi bütün abonentlərini xəbərdar edir ki, Respublika üzrə “Modenis” MMC məxsus E-manat və “Komtec” LTD məxsus MilliÖN ödəmə terminallarının server sistemində yeni avadanlıqların quraşdırılması həyata keçirildiyi üçün bu gün saat 24:00-dan etibarən 03.02.2015-ci il tarixdə saat 01:00-dək təbii qazdan istifadə məqsədi ilə Smart kart tipli qaz sayğaclarına pul yüklənilməsi üçün aparılan əməliyyatlarda 1 saatlıq fasilələr yaranacaq. 

Birlik qeyd olunan zaman ərzində abonentlərdən ödəniş üçün alternativ yollardan istifadə etmələrini tövsiyə edir.