Qaz qoxusundan şübhələnib özünü avtobusdan atdı - Xızıda ölüm

qaz-qoxusundan-subhelenib-ozunu-avtobusdan-atdi
Oxunma sayı: 2376

Bu gün səhər saatlarında Xızıda bədbəxt hadisə baş verib.

"Qafqazinfo"nun APA-ya istinadən məlumatına görə, hadisə Xızının Giləzi qəsəbəsində qeydə alınıb. Avtobusda qaz qoxusunun gəldiyini hiss edən 50 yaşlı Naibə Rzayeva içəridəki maye qaz balonunun partlayacağını düşünərək özünü hərəkətdə olan avtomobildən yerə atıb. Kəllə-beyin travması alan qadın hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.