Qaz sızmasından partlayış – - Bir nəfər yaralanıb

qaz-sizmasindan-partlayis-
Oxunma sayı: 1541


FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, ümumi sahəsi 170 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində məişət qazının sızması nəticəsində partlayış hadisəsi baş verib.

Partlayış nəticəsində ikinci mərtəbədə 3 otaq və dam örtüyü dağılıb. Partlayış zamanı 1 nəfər yanıq xəsarəti alıb. 

Murad Əhməd